Məmurlar parlamentə gəldi: səhiyyənin vəziyyəti müzakirə edilir
Milli Məclisin Səhiyyə komitəsində ictimai dinləmə keçirilir.
Yenixeber.org-un məlumatına görə, “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə komitə üzvləri ilə yanaşı bir sıra məmurlar da dəvət edilib.
Görüşdə səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, komitə üzvləri və digər şəxslər iştirak edir.