Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Akşener vitse-prezident təyin ediləcək? -AÇIQLAMA

Akşener vitse-prezident təyin ediləcək? - Müşaviri AÇIQLADI

İYİ partiyasının sabiq sədri Meral Akşenerin Türkiyənin vitse-prezidenti təyin ediləcəyi barədə xəbərlər yenidən medianın ən çox müzakirə etdiyi mövzulardan biridir.

Yenixeber.org: Məlumata görə, bir neçə gün öncə tanımış jurnalist, "Sözcü TV"nin aparıcısı Fatih Portakal da oxşar iddia ilə çıxış edib.

"İYİ Partiyasının keçmiş sədri Meral Akşenerlə bağlı sizə kulis məlumat verim. Görünür, Akşenerin vitse-prezident vəzifəsi dəqiqləşib. Bildiyiniz kimi, 23 fevralda AK Partiyanın böyük qurultayı keçiriləcək", - o deyib və Akşenerin mart ayında yeni kabinetdə təmsil olunacağını əlavə edib.

Qeyd edək ki, Akşenerin ötən ilin yay aylarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görünməsindən sonra sabiq xanım liderin vəzifəyə təyin olunacağı barədə xəbərlər yayılır. 

Ancaq onun özü bu məlumatları şəxsən təkzib etməyib. Akşenerin susqunluğu İYİ Partiya daxilində də narahatlıqlara səbəb olub və nuhun partiya daxilində parçalanmalara səbəb ola biləcəyi bildirilib.

Qeyd edək ki, Türkiyədə 2023-cü ildə keçirilən prezident seçkilərindən sonra İYİ partiyadan bir çox deputat və siyasətçi hakim partiyaya keçid edib.

Bu gün Akşenerin müşaviri "Euronews Türk" kanalına açıqlama verib. O, Akşenerin "siyasəti tərk etdiyini" və onun vitse-prezident olacağı ilə bağlı deyilənlərin yalan olduğunu bildirib.

"Bizim gələcək heç bir siyasi planımız yoxdur. Bizim belə bir gündəmimiz yoxdur", - o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam