Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib

 

Azərbaycan hibrid təhdidlərin geniş yayılmış növlərindən olan dezinformasiya kampaniyasının yeni dalğası ilə qarşılaşıb.

Yenixeber.org xəbər verir ki, bununla bağlı Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası son günlər Azərbaycan haqda yayılan saxta xəbərlərə dair yaydığı açıqlamada qeyd edib.

Qeyd edilib ki, aparılan monitorinqlərin təhlili nəticəsində müəyyən edilib ki, qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən, müxtəlif dairələrə və maraqlara xidmət edən qruplar tərəfindən sosial media platformaları vasitəsilə dövlətimizə qarşı informasiya kampaniyaları təşkil edilir:

"Cərəyan edən proseslərlə bağlı Azərbaycan Respublikasının rəsmi mövqeyinin Xarici İşlər Nazirliyi və dövlət rəsmiləri tərəfindən səsləndirilməsinə baxmayaraq, “Telegram”, “Facebook”, “X”, “TikTok” və “YouTube” kimi platformalar üzərindən aparılan fəaliyyətlərdə təhrif olunmuş, saxta məlumatlar yayılır.

Münaqişə tərəflərini, eləcə də beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş bu hərəkətlərin məqsədi ölkəmizin artan nüfuzuna xələl gətirmək, dost və qardaş ölkələrlə münasibətlərini pozmaqdır.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, dövlətimizə qarşı aparılan bu informasiya kampaniyalarına dəstək verənlər arasında Azərbaycan əsilli şəxslərə və vətəndaşlarımıza da rast gəlinir.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya aidiyyəti dövlət qurumları ilə birgə dövlətimizə qarşı aparılan bu fəaliyyətləri diqqətlə izləyir və müvafiq cavab tədbirləri görür.

Bütün maraqlı tərəfləri, o cümlədən vətəndaşlarımızı yalnız rəsmi məlumatlara inanmağa, məkrli qüvvələr tərəfindən yayılan bu cür saxta informasiyalarla mübarizə aparmağa çağırırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam