Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Qazaxıstan Prezidenti BMT-yə rəhbərlik etmək planları ilə bağlı şayiələri təkzib edib

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı ildə BMT-yə rəhbərlik etməyi planlaşdırması ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələri təkzib edib.

Yenixeber.org-un məlumatına görə, o, bu barədə “Ana tili” qəzetinə müsahibəsində bildirib.

“Mən BMT baş katibinin müavini və Silahsızlanma üzrə Konfransın Baş katibi kimi BMT-nin Cenevrə ofisinə rəhbərlik etməli oldum. Faydalı təcrübə və beynəlxalq proseslərin mexanizmləri haqqında anlayış əldə etdim. Hesab edirəm ki, bu, artıq kifayətdir. Mənim ölkənin uzun illər davam edəcək inkişafı üçün böyük planlarım var və mən onları həyata keçirmək niyyətindəyəm”, - o deyib.

Tokayevin sözlərinə görə, görünməmiş geosiyasi gərginlik şəraitində Qazaxıstan ölkənin təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafının təmin edilməsinə sadiqdir.

O həmçinin qeyd edib ki, həm Qərbdə, həm də bütün dünyada Qazaxıstanı orta güc adlandırırlar.

“Bu status, əlbəttə ki, bizi çox işlər görməyə, ilk növbədə, beynəlxalq arenada məsuliyyətli davranmağa, dövrümüzün ən aktual problemlərinə konstruktiv yanaşmağa məcbur edir. Buna əsasan Qazaxıstan “bütün bəşəriyyətin ümumi evi”, qeyri-alternativ və universal təşkilat kimi BMT-nin ardıcıl dəstəkçisi olaraq çıxış edir”, - Qazaxıstan lideri söyləyib.

O qeyd edib ki, əsas məqsədi dövlətin iqtisadi potensialını, suverenliyini və beynəlxalq mövqelərini gücləndirməkdir.

“Prezidentliyimin əvvəlindən bu günə kimi qəbul edilmiş qərarlara və onların nəticələrinə görə tam məsuliyyəti öz üzərimə götürürəm, mən başqa cür işləyə bilmirəm və işləmək də istəmirəm”, - Tokayev fikrini yekunlaşdırıb.(“Report”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam