Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Nəsimi rayonunda qanunsuz tikintiləri kim himayə edir? -VİDEO

media-700

Bakının mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb.

Yenixeber.org: İlginc məqam budur ki, ən ucqar ərazilərdə – yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər.

Xəbər verdiyimiz kimi Nəsimi rayonu qanunsuz tikinti meydançasına çevrilib, və binalarını zirzəmilərində müxtəlif obyektlər tikilir.

 Nəsimi rayonu Alı Musatfayev küçəsi 9  ünvanında binanın zirzəmisndə tikinti işi də hansısa yüksək vəzifəli məmurun himayə etdiyi tikintilərdən biridir.  Çünki bu ərazidə aparılan tikinti işi normativlərə uyğun deyil.

Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, lakin heç bir qurum ciddi reaksiya verməyib. Yaşayış binasının əsas beton konstruksiyası ləğv edilərək qanunsuz obyekt üçün tikinti aparılır.
Bəs bu tikintini himayə edən kimdir?
Ötən il keçirilən parlament seçkilərində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı olan Asif Əsgərov deputat seçildiyi üçün bu vəzifədən azad edilib.  İcra başçısı səlahiyyətlərini müvəqqəti müavin icra edir. İcra Hakimiyyətində tikintilərə məsul şəxslərdən bu məsləyə münasibət öyrənmək mümkün olmadı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında isə binanın zirzəmisində aparılna işlərlə bağlı heç bir məlumat yoxdur.
Qurumların mövqeyini dərc etməyə hazırıq.(xalq)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam