Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Zakir Fərəcov nazirliyin yarmarkasından yer pulu yığdırır –Fotolar

 

  2015-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda satış yarmarkası açılıb. Məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, süni qiymət artımının qarşısını almaqdır.

Yenixeber.org: Məlumata görə, həftə sonları şəhərin 12-ci mikrorayonunda,dəmiryol vağzalıyaxınlığında təşkil olunan bu yarmarkada bütün bunların əksi yaşanır.

Sumqayıt yarmarkası haqda dəfələrlə tənqidlərə, antisanitariya şəraitinin hökm sürməsinə dair yazılsa da, xeyri olmayıb. Nə yerli icra hakimiyyəti,nə müvafiq dövlət orqanları yarmarka iləbağlıheç bir tədbir görməyib.

Bütün bunlar azmış kimi, yarmarkada qanunsuz yer pulu yığıldığı haqda xəbərlər gəlməkdədir. Yarmarkalarda satıcılardan heç bir yer pulu yığılmamalıdır.

Dövlətin qoyduğu qaydalara görə:”Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının iştirakçılarından (satıcılardan) iştirakla bağlı heç bir haqq tələb olunmamalıdır.

Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili ilə bağlı tələb olunan vəsait dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün nəzərdə tutulan vəsait hesabına həyata keçirilməlidir”.

Amma Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzarətində olan yarmarkadadəmir tavanın altında olan yerlərə görə,orta hesabla böyüklüyündən asılı olaraq hər mal satandan şənbə-bazar 50-200 manat alınır. Bu rəqəm alverin gedişindən asılıdır.

Gündəlik hər piştaxtadan 20-50 manat yığılır. Dırnaqarası yarmarkada yan-yörə yol boyu bütün yerləri nəzərə alsaq , hətta ayaqüstə satanlardan da pul yığılır.

Burada 500–dən çox insanticarətlə məşğul olur. Deməli, 2 günə 10 min manatlarla pul toplanır.

Üstəlik burada yarmarkalara xas olmalı “kim tez gəlib yer tutdu” prinsipi işləmir.Buradakı “dəmir” qaydalara görə  dəmir talvarın altında hər bir yer bazarı işlədənlər tərəfindən əvvəlcədən satılır və buna görə də görə yarmarkada demək olar ki,eyni insanlarbir qayda olaraq alverçilər işləyir.

Heç gətirdiyi məhsulu belə normal qiymətə kiməsə sata bilməzsən,çünki dəllaların monopoliyasındadır.

Bütün bunlar-yer pulunun çoxluğu və bu kimi qanunsuzluqlar məhsulların bahalaşmasına gətib çıxarır. Eyni zamanda satışa çıxarılan qida məhsulları laboratoriya müayinəsindənkeçmir.

Qida Təhlükəsizliyi Agentliyinin və yeni nazir İnam Kərimovun burda satılan məhsulların təhlükəsiz baxımdan yoxlanılmamasından,burada hökm sürən qanunsuzluqlardan görəsən xəbəri varmı?!

Normalda  normal düşünən alıcı heç zaman buradan ət almır,çünki bu ətin qiyməti  5-6-7 manat olsa da o istehlakçıya baha başa gəlir.

Nazirlər Kabinetinin qərarına əsasən, yarmarkanın harada təşkil olunması, antisanitar qaydalara əməl edilməsi və s. işlər yerli icra hakimiyyətinin səlahiyyətindədir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət  Qaydaları”na əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib.

Qaydaların 20-1.11 bəndində deyilir ki, yarmarkaların mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərin-də, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində keçirilməsinə yol verilmir.

Amma məlum olduğu kimi yarmarka düz avtomobil yolunun ortasında (yarmarka vaxtı bu yol avtomobillər üçün bağlanır) və dəmiryolu vağzalının yanında açılıb.

Mətbuatda yazıldığı kimi satış yarmarkası düz Üzeyir Hacıbəyov küçəsinin orta hissəsində fəaliyyət göstərir və bu ətrafda yol hərəkətini məhdudlaşdırır.

Yarmarkanın həmin küçənin Koroğlu prospekti ilə kəsişdiyi, avtomobillərin intensiv hərəkət etdiyi yerdə olması gediş-gəlişə bir az da maneə törədir.Yunis/AzEuroNews.com/

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam