İcra başçısının nümayəndəsi fəhlələri həbs etdirdi(?) -... nə qayda bilir, nə də...
Yenixeber.org: Bu iddia ilə şair-jurnalist Elşad Barat FB səhifəsində çıxış edib:
Az öncə Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədovun tapşırığına əsasən Binəqədi polisi həyətimdə işləyən kasıb fəhlələri aparıb salıb bölməyə. Mən başa düşmürəm, cənab prezidentin təyin etdiyi icra başçısı bu haqsızlıqlari görəndə nə düşünür? Yoxsa elə özü tapşırıb ki, gedin qəsəbə camaatının dərisini soyun?
Mən 20 ilə yaxındır ki, mətbuat sahəsində çalışıram, heç bir zaman haqsız yazı yazmamışam, çox hadisələrə susmuşam, amma bu gün Binəqədi qəsəbəsinə təyin etdilən icra nümayəndəsi Qadir Məmmədov nə qanun bilir, nə qayda bilir, nə də ölkə rəhbərliyinin tapşırığına əməl edir.
Mənim həyətimdə otaq sayı artiriram deyə Qadir Məmmədov niyə Binəqədi rayonunda tikilən yüzlərlə tikiliyə susur? Nə marağı olub? Nə alıb, nə verib?
Demirsiz ki, mən həyətimdə otaq sayını artırmaqla qanun pozuram? Tamam. Mən otaq sayını artırmıram. Amma işimi-gücümü atıb, Binəqədi rayonunda gedən qanunsuz işləri yazacam. Bu mənim həm də işimdir. Onda görək hələ 4 il öncə Şamaxıdan əlində bavulu Bakıya gələn Qadir Məmmədovun nəyi var, nəyi yox? Ümumiyyətlə, nə işlə məşğuldurlar?