Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Məscidlərdə qəza qurbanlarının xatirəsi anılacaq

 

Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, qəzada həlak olanların xatirəsi yad ediləcək, onların ruhları üçün dualar oxunacaq.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib, yaralananların tezliklə şəfa tapmasını arzuladığını diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün səhər saatlarında baş verən qəzadan hava gəmisində olan 67 nəfərdən 32-si sağ çıxıb. Prezident İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam