Ermənistanın Baş Prokurorluğu Antikorrupsiya Məhkəməsinə ordunun keçmiş Baş Qərargah rəisi Artak Davtyan və onunla əlaqəli şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı müraciət edib.
Yenixeber.org: Yerli mətbuatın yaydığı məlumata görə, iddia ərizəsi icraata qəbul olunub.
Buna səbəb kimi, sözügedən əmlakların qeyri-qanuni yollarla əldə olunması göstərilib.