Müxalifət liderləri Kobaxidze ilə debatdan imtina etdi
Gürcüstanın tanınmış müxalifət liderləri - keçmiş xarici işlər naziri Mixail Canalidze və keçmiş müdafiə naziri Tinatin Xidaşeli Baş nazir İrakli Kobaxidze ilə teledebatdan yayınıblar.
Yenixeber.org: Məlumata görə, onlar bu addımı teledebata bir neçə saat qalmış atıblar.
Baş nazir İrakli Kobaxidze bununla əlaqədar keçirdiyi brifinqdə deyib ki, “radikal müxalifət” dəqiq bilir ki, onların deməyə sözü yoxdur:
“Bu iki şəxs iki arifmetik orta “millətli”dir. Biz düşünürdük ki, onlarla müzakirə ictimaiyyətə həqiqəti müəyyən etməyə imkan verərdi. Onların ictimai müzakirədən imtina etməsi yalnız bir şey deməkdir - həqiqət bizim tərəfimizdədir və hər hansı ictimai müzakirədən məhz buna görə qorxurlar”.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 3-də bəyanatla çıxış edərək hakim komandanın noyabrın 28-də verdiyi açıqlamaya etiraz edən insanlarla ictimai müzakirələr keçirməyə hazır olduğunu bəyan edib və müxalifət liderlərini ölkənin İctimai Televiziyasında (1tv.ge) teledebata çağırmışdı. Dekabrın 3-də müxalifət nümayəndələri Mixail Canalidze və Tinatin Xidaşeli teledebatda iştirak edəcəklərini bildirmişdilər. Teledebat dekabrın 4-də saat 22:00-a təyin olunmuşdu. Bu gün günün ikinci yarısında isə hər iki müxalifət lider debatdan imtina ediblər.