Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

İran böhranı dərinləşir:Sərhədimizdə baş verənlər bizə necə təsir edəcək?

Azərbaycan sərhədlərinə yaxın ərazilərdə yeni münaqişə ocağının yaranması mümkündürmü?

Yenixeber.org: Hazırda insanlar İran ətrafında və daxilində baş verən hadisələrin ölkəmizə mümkün təsirləri ilə maraqlanır. İranda Qərblə dialoqun qurulmasını dəstəkləyənlər və ona qarşı çıxanlar arasında daxili siyasi mübarizə kəskinləşməkdədir. Digər tərəfdən, ABŞ Tehranın nüvə proqramına məhdudiyyətlər etmək tələbi ilə razılaşmadığı təqdirdə İslam Respublikasına zərbələr endirəcəyi ilə hədələyir.

Elə İranın özündə də siyasi elitanın şərti olaraq “mühafizəkarlar” və “islahatçılar” adlandırılan iki qanadı arasında gərginlik artıb.

Məlum olduğu kimi, ölkənin strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatiyə impiçment elan edilməsindən sonra istefa verib. O, Məsud Pezeşkianı dəstəklədiyi üçün qürur duyduğunu, lakin son altı ay ərzində islahatçı prezidentin kursuna qarşı çıxanlar tərəfindən təhqir, böhtan və hədələrlə üzləşdiyini bildirib.

Zərif ümid edib ki, onun gedişindən sonra “xalqın iradəsinin həyata keçirilməsinə və administrasiyanın uğuruna mane olanlar” bəhanələrindən məhrum olacaqlar. Bu, mühafizəkar çevrələrin Pezeşkianın ölkədəki siyasi diktaturanı yumşaltmaq və hər şeydən əvvəl ABŞ başda olmaqla Qərblə dialoq qurmaq cəhdlərindən narazılığına açıq işarədir.

Bundan bir qədər əvvəl Pezeşkian nüvə sazişi ilə bağlı ABŞ-la dialoqu bərpa etmək niyyətində olduğunu bəyan etmişdi, lakin ölkənin ali dini lideri Əli Xamenei buna qarşı çıxmışdı.

Bütün bunlar ABŞ-ın yeni administrasiyasının artan təzyiqləri fonunda baş verir. “Fox Business” kanalına müsahibəsində prezident Donald Tramp İranın ali lideri Əli Xameneiyə danışıqlara başlamaq çağırışı ilə məktub göndərdiyini bildirib. O, təklifini belə əsaslandırıb: “İranla iki yolla mübarizə aparmaq olar: hərbi yolla və ya saziş bağlamaqla. Mən saziş bağlamağa üstünlük verərdim”. Bunun ardınca isə əlavə edib: “Əgər biz hərbi üsullara əl atmalı olsaq, bu, onlar üçün dəhşətli olacaq. Biz nəsə etməliyik, çünki onların nüvə silahına sahib olmasına icazə vermək olmaz”.

Buna cavab olaraq ayətullah Xamenei heç bir danışıqlara getməyəcəyini bəyan edərək bildirmişdi ki, belə bir razılıq İranın güzəştə getdiyi təəssüratını yarada bilər. Yəni, Trampın hədələrinə baxmayaraq, İran lideri bu məsələdə çıxılmaz vəziyyətin davam etdiyini bir daha vurğulayıb.

Sonuncu xəbər isə ondan ibarətdir ki, prezident Pezeşkian Donald Trampın İrana qarşı təhdidlərinə və danışıqlar çağırışını rədd edib: “Siz bizə hədə-qorxu gəlirsiniz, ona görə də sizinlə danışıqlar aparmayacağam. Nə etmək istəyirsinizsə, edin”.

Ümumilikdə götürdükdə, İranda və onun ətrafında baş verən hadisələrin bir növ həlledici mərhələyə qədəm qoyduğu görüntüsü var. Amma hansı mərhələyə? Bu mərhələnin nəticəsi nə olacaq? Bütün bu hadisələr nəyi göstərir?

Azərbaycana sərhədi yaxınlığında yeni müharibə riski varmı? Əgər İrana ağır zərbələr endirilsə, ölkəmiz hansı nəticələrlə üzləşə bilər?

Təhlükəsizlik sahəsində tanınmış mütəxəssis İlham İsmayıl bu məsələ ilə bağlı bizə açıqlama verib.

Onun sözlərinə görə, İran siyasəti ilə az-çox tanış olanlar bilirlər ki, mollalar rejimi adətən son ana qədər mövqeyindən geri çəkilməyəcəyini nümayiş etdirir, aqressiya göstərir, hədələyir, lakin rəqibinin sərtliyini və təhdidlərin reallaşmasının qaçılmaz olduğunu gördükdə, həmişə geri addım atır.

Hazırkı vəziyyətin nəticəsi İranın geri addım atması ilə müşayiət olunacaq. Bir hadisəni xatırlamaq kifayətdir: İran sonuncu dəfə İsrailə raket atanda ABŞ-a əvvəlcədən xəbərdar etmiş və bir daha buna əl atmayacağını bildirmişdi.

İndiki vəziyyətdə Xameneinin imtinası sadəcə “ənənəvi süni qürurdur”. Ancaq qeyd etmək lazımdır ki, vəziyyəti çətinləşdirən amil daxili narazılığın genişlənməsidir. Bu, təkcə ali liderə deyil, həm də islahatçı prezidentə və onun komandasına yönəlib.

ABŞ və İsrailin məqsədi İran dövlətini yox, hazırkı rejimi dəyişməkdir. Bu dəfə Trampın danışıqlar təklifinə qarşı çıxanlara ABŞ-ın cavabı çox gözlətməyəcək. Hazırkı ABŞ prezidentinin qeyri-müəyyən xarakterini nəzərə alsaq, növbəti cavabın diplomatik kanallar vasitəsilə deyil, fərqli yollarla verilməsi ehtimalı böyükdür.

Yəni, ABŞ və İsrail ilk olaraq İranın nüvə obyektlərinə ciddi raket zərbələri endirə bilərlər. Nəticədə, bu zərbələr ağır iqtisadi vəziyyət səbəbindən ölkədə mövcud olan narazılığı daha da gücləndirə bilər. Rejimin dəyişməsi isə daxili qüvvələrin buna nə dərəcədə hazır olmasından asılıdır”, – deyə ekspert bildirib.

Eyni zamanda o, “reallığa baxsaq, bu hələlik inandırıcı görünmür”, – deyə qeyd edir.

Hazırda İrana qarşı genişmiqyaslı müharibə gözlənilmir. Raket zərbələrinə məruz qalan və gələcəkdə məruz qala biləcək nüvə obyektləri isə Cənubi Azərbaycandan uzaqda yerləşir. Buna görə də, soydaşlarımızın kütləvi şəkildə Azərbaycan Respublikasına köçü gözlənilmir. Ola bilsin ki, bir neçə yüz nəfər gəlsin, lakin bu, müvəqqəti olacaq və gərginlik yaratmayacaq, – İlham İsmayıl əmindir.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam