Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Avanqard MMC” şirkəti adını dəyişdi, işçilərin pullarını mənimsədi... -ŞİKAYƏT

“Avanqard MMC” şirkəti adını dəyişdi, işçilərin pullarını mənimsədi... - ŞİKAYƏT
Cəlilabad rayon sakini Məmmədov Tofiq Tehac oğlu və Biləsuvar rayon sakini Quliyev Əhmədağa Həsən oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Yenixeber.org: Şikayətçilər bildirirlər ki, keçmiş adı “Avanqard MMC”, indiki adı “Avanqard MMC Günəşli Aqropark” olan şirkət onların pulunu mənimsəyib:
“Biz “Avanqard MMC” şirkətindən pulumuzu ala bilmirik. Bu şirkət illərdir bizim kimi, bir çoxlarının da haqqını mənimsəyib. Sonradan şirkətin adını və işçilərini də dəyişdilər. İndi həmin şirkətə gedəndə "bizim sizə borcumuz yoxdur, gedin bizdən əvvəlki rəhbərliklə söhbətinizi edin", - deyirlər.
Hazırda 10-15 nəfər adam bunlardan pullarını ala bilmir. Mən, Quliyev Əhmədağa Həsən oğluna şirkətin 2616 manat borcu qalıb. 2014-cu ildən həmin şirkətdə işləmişəm. Maaşım 1200 manat olub.
Mən, Məmmədov Tofiq Tehac oğlu, 15 il həmin şirkətdə gözətçi işləmişəm. İşdən çıxandan sonra oğlum Məmmədov Elməddin Tofiq oğlunu öz yerimə işə düzəltmişəm. Mən işlədiyim müddətdə şirkətin mənə borcu qalmayıb. Amma oğlumun 600 manat pulunu mənimsəyiblər. Dəfələrlə müraciət etmişik, lakin məsuliyyəti boyunlarından atırlar.
Biz sizin sayt vasitəsilə Prezident İlham Əliyevə müraciət edirik. Cənab Prezident, xahiş edirik göstəriş verin, şirkət bizlərin pulunu ödəsin. Şirkət adının dəyişibsə, bu o deməkdir ki, bizim pullarımızı mənimsəməlidir?!”
Məsələ ilə bağlı “Avanqard MMC Günəşli Aqropark” şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.(Hurriyyet.az)
Jalə FAMİLQIZI


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam