Gövhər Baxşəliyeva da “Şöhrət”ləndi -SƏRƏNCAM
Prezident İlham Əliyev AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva ilə bağlı Sərəncam imzalayıb.
Yenixeber.org xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə Gövhər Baxşəli qızı Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, G. Baxşəliyeva AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. Sabah onun 70 yaşı tamam olur.