Redaktor seçimi
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
Günün xəbəri

Rumıniyada Azərbaycanın COP29 üzrə təşəbbüslərinə dair tədbir keçirilib- FOTO

 

Rumıniyanın aparıcı universitetlərindən biri, beş min tələbənin təhsil aldığı Rumın-Amerikan Universitetində “COP29: Azərbaycanın Prezidentliyində yaşıl gələcək naminə təşəbbüslər və çağırışlar” adlı dəyirmi masa keçirilib.

Yenixeber.org xəbər verir ki, tədbir Azərbaycanın Rumıniyadakı Səfirliyi və Rumın-Amerikan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə universitetin rəhbərliyi, Rumıniyanın beyin mərkəzlərinin nümayəndələri, universitetdə təhsil alan xarici və yerli tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru professor Kostel Negriçea COP29 ərəfəsində Azərbaycanın COP29 Sədrliyinə həsr olunan tədbirin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsini akademik ictimaiyyətin elmi və dövlət qurumları arasında dialoqun qurulması, tədbir barədə məlumatlandırılması üçün vacibliyini vurğulayıb. O, universitetin iqlim dəyişmələri və fəsadları, planetimizin ekologiyasının qorunmasına yönəlmiş elmi layihələrdə iştirakı barədə danışıb.

Səfir Qüdsi Osmanov tədbir iştirakçılarına COP29 çərçivəsində Azərbaycanın strateji hədəfləri, yanaşmaları və prioritetləri, yaşıl enerji sahəsində bərpaolunan enerji layihələrində dünya şirkətləri ilə əməkdaşlığı, “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi”nin perspektivləri barədə danışıb. Həmçinin diplomat Azərbaycan tərəfindən COP prosesinə yenilik gətirəcək təşəbbüsləri qeyd edərək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılması, Qlobal Atəşkəs Çağırışı və digər təşəbbüslər barədə geniş məlumat verib. O, gəncləri təbiətin, ekologiyanın qorunması üçün daha məsuliyyətli olmağa çağırıb.

Rumıniyanın Dayanıqlı Yanacaq Assosiasiyasının prezidenti Vlad Stoiçesku çıxışında dünyada, əsasən Avropada baş verən təbii fəlakətlərin arxasında iqlim dəyişmələri problemindən söz açaraq, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin mahiyyətinə toxunub. O, Azərbaycanın qaz istehsal və təchiz edən ölkə olaraq alternativ hidrogen və yaşıl enerji layihələrdə iştirakını bütün region ölkələri üçün nümunəvi addım kimi dəyərləndirib. V.Soiçesku ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bəşəriyyətin enerji istehsalında istifadə etdiyi ənənəvi resursların azalması istiqamətində qlobal addımların atılmasını, COP29 kimi platformalarda dünya liderləri tərəfindən ekoloji problemlərin müzakirəsinin vacibliyini qeyd edib.

Rumıniyanın enerji sahəsində aparıcı beyin mərkəzi olan “Energy Policy Group” (EPG) beyin mərkəzinin tədqiqatçısı İoana Vasiliu COP29-da Rumıniya qeyri-hökumət təşkilatlarının nümayəndələrinin planlaşdırılan iştirakı barədə məlumat verib. O, iqlim dəyişikliyi ilə mübarizənin Rumıniya üçün prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayaraq, dövlətin və qeyri-dövlət qurumlarının ekologiya sahəyəsinə verdiyi töhfədən danışıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam