Bu dövlətlər Ukraynaya sülhməramlı qüvvələr göndərə bilər
Böyük Britaniyanın baş naziri Keir Starmer Aİ ölkələrinin başçıları, NATO-nun baş katibi və digər dövlətlərin liderləri ilə keçirdiyi telefon danışığı barədə açıqlama verib.
Yenixeber.org: O bildirib ki, tərəflər Ukraynanın təhlükəsizliyini və ölkənin silahlı qüvvələrini gücləndirməyə davam edəcəkləri barədə razılığa gəliblər.
Starmer deyib ki, Ukrayna öz ərazisində növbəti münaqişə baş verəcəyi təqdirdə özünü müdafiə edə bilməlidir və əlavə edib ki, döyüşlər bitdikdən sonra Ukraynaya sülhməramlı qüvvələri göndərməyə hazırdır.
“Biz... Ukraynanın quruda, dənizdə və səmada təhlükəsizliyinin təmin edilməsinə kömək etmək üçün sülh sazişi əldə ediləcəyi təqdirdə “istəkli ölkələr koalisiyası” kimi yerləşdirməyə hazır olacağıq. Atəşkəs vəziyyətində, biz razılaşmanın hər hansı pozuntusunun müəyyən edilməsini və dayandırılmasını təmin etmək üçün güclü monitorinq tədbirlərinə ehtiyac olduğunu vurğuladıq", - Starmer qeyd edib.
Tərəflər, həmçinin razılaşıblar ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşi dərhal dayandırmaqdan imtina edərsə, Ukraynanın gücləndirilməsi, Rusiyanın hərbi maşınının zəiflədilməsi və Vladimir Putini danışıqlar masasına oturmağa inandırmaq üçün səyləri gücləndirməli olacaqlar. Buna nail olmaq üçün biz hərbi dəstəyimizi artıracağıq, sanksiyalarımızı sərtləşdirəcəyik... və Rusiyanın Ukraynaya vurduğu ziyanı ödəməsi üçün bütün hüquqi yolları araşdırmağa davam edəcəyik”.(BBC)