MİT şəhidlərin qisasını belə aldı – VİDEO
Məlum olduğu kimi, ötən gün “Türk Aerokosmik Sənayesi” şirkətinin (TUSAŞ) Ankaranın Kahramankazan bölgəsində yerləşən obyektlərindən birində terror aktı törədilib. Terror aktı nəticəsində 5 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.
Yenixeber.org: TRT Haber xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) şəhidlərin qanını yerdə qoymayıb.
Belə ki, MİT-in yaydığı açıqlamada Suriya və İraqın şimalında terror təşkilatı PKK/YPG-yə aid bir çox məntəqə hədəfə alınıb.
Əməliyyatın Suriya və Şimali İraqda terror təşkilatına aid strateji nöqtələrin hədəf alındığı bildirilib.
Qeyd edilib ki, PKK/YPG-nin kəşfiyyat, enerji/infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox hədəfi məhv edilib.
“Milli Kəşfiyyat Təşkilatı terror təşkilatı PKK/YPG-yə qarşı planlaşdırılan hədəfə çatana qədər əməliyyatlarını fasiləsiz olaraq davam etdirəcək”, - deyə məlumatda bildirilib.
Əməliyyatın görüntülərini təqdim edirik: