Ukraynanın 3 zirehli texnikası vuruldu -Kurskda
Ukrayna Silahlı Qüvvələrinin 3 zirehli texnikası Kursk vilayətinin sərhəd bölgəsində FPV pilotsuz uçuş aparatları tərəfindən vurulub.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Şimal qoşunlarının kəşfiyyat bölmələri hava-kəşfiyyat texnikasından istifadə edərək, Kursk vilayətinin sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin yaraqlılarına məxsus 3 ədəd zirehli texnikanı müəyyən ediblər. Texnikalar FPV pilotsuz təyyarələrinin birbaşa zərbələri nəticəsində sıradan çıxarılıb", - Rusiya MN qeyd edib.