Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Alimlər “fast food”un insan beyninə təsirini ARAŞDIRDI -Nəticə DƏHŞƏTLİDİR/ VİDEO

 

“Fast food”un zərərləri ilə bağlı daha bir araşdırma aparılıb.

Yenixeber.org bildirir ki, bununla bağlı alman alimləri tədqiqatlar keçiriblər. Onlar “fast food”ların insan beyninə təsirlərini araşdırıblar.

Belə ki, bu tədqiqat zamanı bir həftə ərzində siçanlara “hamburger”lər, kartof qızartmaları, hətta içki olaraq sadəcə “Cola” verirlər. Bir həftədən sonra həmin siçanları tanıdıqları labirintə buraxırlar. Lakin siçanların heç biri çıxışı tapa bilmirlər. Sonda siçanların beyinlərini analiz edirlər. 

 Alimlər “fast food” qəbul edən siçanların beyinlərində infeksiya əmələ gəldiyini müəyyənləşdirirlər.  Hətta beyin hüceyrələrində mənfi istiqamətdə fərqlilik müşahidə edirlər. Siçanlar daha əvvəl getdikləri yolu unudurlar. Həmçinin alimlər siçanlarda alzheimer xəstəliyinin başlanğıcını aşkarlayırlar. 

Tədqiqatlar göstərib ki, gənclərdə pis yemək vərdişləri koqnitiv funksiyaya mənfi təsirlər göstərə bilər. Mütəxəssislər isə xüsusilə uşaq və gənclərin sağlam və balanslı qidalanma vərdişləri qazanmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin bildirib ki, “fast food” tipli qidaların istehlakı məhdudlaşdırılmalı və bunun əvəzinə sağlam qidalara üstünlük verilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam