Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Coca-cola”ya qarşı hücum nəticəsiz qaldı

 

     

 

   Paytaxtın iri marketlər şəbəkəsində bu şirkətin məhsulları gözə dəyir; hələlik heç kimə “qadağandır” deyilməyib

 

    Xeberinfo.com: “Əgər “Coca-cola”nın məhsulları satışdan çıxarılıbsa bunu biz bir həftədən sonra biləcəyik. İndi əksər yerlərdə əvvəlcədən gətirilən məhsullardı” - bunu “Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Namiq” marketin satıcısı deyir. O, belə bir şeyin mümkün olacağına inanmadığını da söyləyir. Bildirir ki, 10 ildir market fəaliyyət göstərir və bu müddət ərzində “Coca-cola” həmişə dükanın vitrinlərində əksik olmayıb.

 

Böyük marketlər “Coca-Cola” ilə əməkdaşlığa son qoyub?

 

Bəzi media orqanlarında “Coca-cola” firmasının içkiləri yığışdırılması haqda məlumatlar yayılıb. “Yeni Müsavat”ın yazdığına görə, “Coca-Cola”, “Fanta” və sair içkilər kütləvi şəkildə satışdan çıxarılıb. Bu məhsulların yerinə isə vitrinlərə “Pepsi”lər düzülüb.

Onu da bildirək ki, bir müddət əvvəl bir neçə ölkədə “Coca-Cola”dan imtina barədə çağırışlar səslənmişdi. İsrailin Fələstində törətdiyi qətliamlara və bombardmanlara ən sərt etiraz edən ölkələrdən biri olan Türkiyədə keçirilən çeşidli etiraz aksiyalarından biri də məhz İsrail məhsullarının boykotu ilə bağlı idi. Nəticədə Türkiyədə bir çox marketlər İsrailə məxsus malları, o cümlədən “Coca-Cola” firmasının içkilərini satmaqdan imtina etmişdilər.

Ancaq yayılan məlumatlarda deyilir ki, “Coca-cola”nın Azərbaycanda istehsalına qadağa İsrailin Fələstinə olan hücumlarına görə deyil. “Coca-Cola” Azərbaycanda fəaliyyətə başlamasının 20 illiyi ilə bağlı piar kampaniyası başlayıb. Burada firma öz məhsullarının üstünə insan adları, həmçinin müraciət formaları yazır. Bu kampaniya bir neçə aydır ki, davam edir. Bu piar kifayət qədər alıcılar da maraq doğurdu. Hətta sosial şəbəkələrin izləyiciləri adları yazılmış “Coca-cola”nın şəkillərini paylaşırdılar. Belə bir vaxtda “Facebook”da “NİDA” sözü yazılmış “Coca-Cola” içkisinin satışa çıxarıldığı haqda mətbuatda xəbər yayıldı. Kimi bunun “fotoşop”da düzəldiyini idia etdi, ancaq əksini söyləyənlər də az olmadı. Deyildi ki, “NİDA” sözünün yazılmasında qeyri adi heç nə yoxdur. İstənilən şəxs şirkətə “Coca-cola”nın üzərində adın yazılması üçün müraciət edərsə qəbul olunacaq. Qeyd edildi ki, NİDA vətəndaş Hərəkatının da adı məhz bu formada məhsulların üzərinə yazılıb.

Bundan sonra isə bildirilirdi ki, ölkədə fəaliyyət göstərən bir neçə böyük marketlər şəbəkəsi “Coca-Cola” ilə əməkdaşlığa son qoyub və şirkətə məxsus məhsulları satmaqdan imtina edib.

Şirkət isə hələ o zaman deyilənləri təkzib edərək “qara piar” adlandırmışdı. Şirkət ehtimal edirdi ki, bu cür xəbərləri şirkətə rəqib olan digər istehsalçılar həyata keçirib.

 

Şirkət deyilənləri təkzib edir

 

Ötən gün paytaxtın bir neçə marketində olduq. Müşahidələrimiz deyilənlərin hələlik həqiqətdən uzaq olduğu anlamına gəlir. Çünki üz tutduğumuz əksər marketlərdə “Coca-cola”nın bütün məhsullarına rast gəldik. Satıcılar heç bir dəyişikliyin baş vermədiyini deyirlər. Bildirirlər ki, əvvəlki qayda da “Coca-cola”nı satırlar. Paytaxtın ən iri marketlər şəbəkəsindən olan “Bazar Store”də sözügedən içki məhsulları var. Üstəlik kampaniya şəklində bir neçə “Coca-cola”nın məhsulları qablaşdırılaraq daha ucuz qiymətə satılır. Bu isə o deməkdir ki, şirkətin məhsulları öz qaydasındadır.

Şirkətdən verilən açıqlama da bizim müşahidələrimzii təsdiqləyir. “Coca-cola” şirkətinin Azərbaycandakı fəaliyyətində heç bir problem yoxdur. İstehsal prosesi də əvvəlki kimi davam etdirilir” - bunu modern.az-a açıqlamasında “Coca-cola” şirkətinin kommunikasiya məsələləri üzrə meneceri Elşad Fərzəliyev deyib.

Onun sözlərinə görə, şirkət məhsullarını mağazalara paylayır: “Bu gün bizdə bu məlumatı mediada gördük. Bu məsələnin nə qədər doğru və ya yalnış olduğunu araşdırma aparmalıyıq”.

“Belə bir şeyin olacağına inanmırıq. “Coca-cola” illik dövriyyəsi bəlkə də milyardı ötür. Bu qədər pulun qarşısını kəsmək olar? Bu şirkətin məhsulları dünyanın hər yerində satılır. Məhsulların yığışdırılacağı inanmırıq”, - deyə satıcılar bildirirlər.

Söhbət etdiyimiz satıcılardan onu da öyrəndik ki, indiyə qədər heç kim onlara mağazalarında bu içki firmasının məhsullarını satmasınıq adağan etməyib: “Ola bilsin hansısa dükan özü imtina etsin. Ancaq bu xüsusi tapşırıqla olmayıb. Kim edibsə bu onun özfəaliyyətidir”.

 

Ramin DEKO

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam