Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

ABŞ İrana xəbərdarlıq etdi -Rusiyaya ballistik raketlər vermək...

ABŞ prezidenti Co Baydenin administrasiyası bəyan edib ki, İranın Rusiyaya mümkün ballistik raketlər təhvil verməsi Tehranın Kremlin Ukraynaya qarşı hərbi təcavüzünə dəstəyinin “dramatik eskalasiyası” anlamına gələcək.

Yenixeber.org-un məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet bildirib.

Amerika rəsmisi qeyd edib ki, ABŞ Ukraynaya genişmiqyaslı işğalın əvvəlindən Rusiya Federasiyası ilə İran arasında müdafiə tərəfdaşlığının dərinləşməsi barədə xəbərdarlıq edib və bundan narahatdır.

Ağ Evin nümayəndəsi qeyd edib ki, ABŞ bu dəfə mümkün nəticələrə eyham vurub. Şura belə bir bəyanatla Qərb mediasının Tehranın Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı xəvərləri fonunda çıxış edib.

Digər ABŞ rəsmisi “Reuters” agentliyinə bildirib ki, Vaşinqton İran-Rusiya raketlərinin mümkün hərəkətlərini diqqətlə izləyir.(“Reuters)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam