Rusiyanın bu vilayəti vuruldu
Ukrayna Rusiyanın Belqorod vilayətinin Şebekinski rayonunda iki kəndə PUA-larla hücum edib.
Yenixeber.org: Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Məlumata görə, ilk hücum Novaya Tavoljanka kəndində olub, burada PUA minik avtomobilinə ziyan vurub, sürücü çiynindən qəlpə yaraları alıb.
Bundan başqa, hücum nəticəsində üç fərdi yaşayış evinin pəncərələri sınıb.