Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

6 aydır işə başlayıblar... amma böyük ZİBİLLİK (xəstəlik mənbəyi) YARADIBLAR -Suraxanı icra hakimiyyəti nədən buna susur?/ VİDEO

 

1993-cü ildən bəri "Avrora Qrup" distribüter şirkəti, 2023-cü ildən "Tamstore" marketlər şəbəkəsi kimi xidmətə başlayıb. 36-a yaxın flialı olan bu marketlər zəncirinin Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, İlqar Məmmədov küçəsi 43-də yerləşən flialı barədə gələn görüntülər bizi məyus etdı.

Yenixeber.org: 6 aydır bu ünvanda xidmətə başlayan "Tamstore" marketi obyektə aid olan bütün tullantıları küçəyə atır.Yaşayış ərazisi olmasına baxmayaraq əhalinin narahatlığı nəzərə alınmayıb. Belə böyük xidmət sahəsi bu işə başlayarkən hər xırda detalı nəzərə alaraq bu kimi hallar üçün tədbirlər görməli idi. Əgər tullantı çoxdursa və ya zibil qutularına yerləşmirsə,o zaman yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır. Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır.

Tullantıların tutumlarda yığılması zamanı onların daşmasına və ətrafa səpələnməsinə yol verilməməlidir. Hər bir hüquqi və fiziki şəxs tullantıların növlər üzrə xüsusi tutumlarda yığılmasını təmin etməlidir.

Bu sayılanları biz demirik, qanunlarımız deyir.... Ümüdvarıq ki, artıq nəzərə alınacaq. (Patrul)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam