Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

3 uşaq anası FƏRYAD EDİR... -"Nə gəlib yoxlayırlar..."

 

Salyan rayonunun Yuxarı noxudlu kənd sakini Səfərova Qəmər Dilavər qızı tərəfindən redaksiyamıza şikayət məktubu gəlib. O, iddia edir ki, əvvəllər ünvanlı sosial yardım alsa da, artıq dayandırılıb. Deyir ki, səbəbini bilmir.

Yenixeber.org: Şikayətçi Əmək və Əhainin Sosial Müdafiə Nazirliyinə müraciət etdiyni, ancaq müraciətinə baxılmadığını bildirir:

“Mən, Səfərova Qəmər Dilavər qızı, yazaraq nəzərinizə çatdırıram ki, 3 uşağım var, dolana bilmirəm. 3 aydır ki, yoldaşım Səfərov Kamil Lazım oğluna görə ünvanlı sosial yardım almaq üçün müraciət etmişəm, qurumdan gəlib yoxlamırlar. Onların “qaynar xətt”inə zəng vurmuşam, deyirlər, gələcəyik, sənəd sistemə oturmayıb. Tanıdıqlarımın evinə gəliblər, yoxlayblar, müsbət cavab alan var, bizimlə əlaqə qurmurlar.

Həyat yoldaşımın adına torpaq var, VÖEN var, hər ay pul ödəyirik. Yoldaşım işləmir. Eşitdiyimizə görə, prezident qərar çıxarıb ki, 3 uşaqlı ailələrin evləri yoxlanılmayacaq. Nə gəlib yoxlayırlar, nə də cavab verirlər. Övladlarımın ikisinin 11 yaşı var, böyüyü də 12 yaşındadır”.

Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Hurriyyet.az saytına verdiyi açıqlamaya əsasən, məsələ araşdırılacaq.(Hurriyyet)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam