Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

Kənarda terrorçu axtaran ABŞ içəridəkiləri bəsləyir – Erməni terrorçuluğuna himayə

Birləşmiş Ştatlar niyə erməni terrorçularına qarşı belə mərhəmətlidir?

Yenixeber.org: Bugünlərdə “Chicago Sun-Times” xəbər verib ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB), atası afroamerikalı, anası erməni olan Çikaqo Universitetinin keçmiş tələbəsi Aram Brunsonun Türkiyə və Azərbaycan diplomatik missiyalarına hücumlar planlaşdırdığını aşkar edib. FTB-nin açıqlamasına görə, Brunson evdə bomba hazırlamağı öyrətdiyi videolar çəkib. O, öz videolarında Azərbaycan hərbi rəsmisinin və bir neçə azərbaycanlı siyasi xadimin adını çəkmək də daxil olmaqla, sui-qəsd üçün potensial hədəfləri də ətraflı təsvir edib.

2023-cü il yanvarın 2-də universitet yataqxanasında, Brunsonun otağında barıt qarışığının partlaması nəticəsində yanğın baş verdiyinə görə orada partlayıcı maddələrin hazırlanması üçün komponentlər aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Brunson həm Vaşinqton və Boston, həm də ABŞ-dan kənarda yerləşən Türkiyə və Azərbaycan diplomatik nümayəndəliklərinin yerləri barədə məlumat axtarırmış. O, həmçinin səfirlərin iqamətgahlarına soxulma üsulları ilə maraqlanıb və erməni terrorçularının diplomatik nümayəndəliklərə keçmiş hücumlarınım yollarını öyrənib.

Partlayışdan sonra Brunson Massaçusetsə köçüb və 20 avqust 2023-cü ildə Bostondan Ermənistana uçmağı planlaşdırıb. Lakin onu Bostonun Loqan Beynəlxalq Hava Limanında Nəqliyyat Təhlükəsizliyi İdarəsinin əməkdaşları saxlayıb və çantasında partlayıcı maddələrin izləri aşkar ediblər. O, federal orqanlara yalan danışaraq, çantasının niyə həyəcan təbili çaldığını bilmədiyini və ona ölkədən İrəvandakı Amerika Universitetində oxumalı olduğu üçün Ermənistana getməsinə icazə verildiyini bildirib.

Eyni zamanda qəribədir ki, dünyanın hər yerində terrorçuları asanlıqla tapa bilən bir ölkə birdən-birə Brunsona qarşı belə səhlənkarlıq nümayiş etdirir, hətta onu beynəlxalq axtarışa belə vermir və Ermənistan hakimiyyətinin Amerika ədalətinə təhvil verməsini tələb etmir.

ABŞ-ın erməni terrorçularına bu cür münasibəti yeni deyil. 1973-cü ildə erməni terrorçu Türkiyənin Santa Barbaradakı baş konsulunu və onun müavinini qətlə yetirib. Cinayətkarı həbs etdilər və sonra Kaliforniyadakı yeganə erməni qubernatoru Corc Dokmedjian tərəfindən əfv olundu.

Yeri gəlmişkən, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanın qətlinə görə 40 il ABŞ həbsxanasında yatmış ASALA terrorçusu Ambik Sasunyan Ermənistanda sığınacaq tapıb.

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın dinc əhalisinə qarşı vəhşiliklərdə şəxsən iştirak edən bədnam erməni terrorçusu Monte Melkonyan da ABŞ-da anadan olub. O, sonradan Ermənistanın milli qəhrəmanı rütbəsinə qaldırılıb. Bu səbəbdən Bransonun Ermənistanda sığınacaq tapması təəccüblü deyil.

ABŞ-da erməni terrorçuları özlərini kifayət qədər rahat hiss edirlər. Bunu Amerika Erməni Milli Komitəsinin keçmiş sədri Murad Topalyanın timsalında görmək olar. 1999-cu ildə FTB tərəfindən həbs olunarkən Topalyan “Erməni soyqırımı ədalət mübarizləri” terror qruplaşmasının lideri olmaqda və 1980-ci il oktyabrın 12-də Türkiyənin BMT-dəki missiyasına hücumda iştirak etməkdə şübhəli bilinirdi.

Yekun ittihamnamədə federal səlahiyyətlilər Topalyanı ən azı dörd terror aktı ilə əlaqələndirir: Birləşmiş Ştatlarda 12 oktyabr 1980-ci ildə Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında bombalı terakt, 3 iyun 1981-ci ildə Los Ancelesdəki Anahaym Konqres Mərkəzində partlayış, 20 noyabr 1981-ci ildə Beverli Hillsdəki Türkiyə konsulluğunun binasında partlayış, 22 oktyabr 1982-ci ildə Türkiyənin Filadelfiyadakı fəxri konsuluna sui-qəsd.

2004-cü il yanvarın 24-də Topalyan 37 ay federal həbsxanada və azad ediləndən sonra 3 il nəzarət altında yaşamaq cəzası alıb. Amerika Erməni Milli Komitəsi Topalyanı 2000-ci ildə “erməni işinin irəliləyişinə verdiyi töhfələrə” və “erməni tarixinə və erməni millətinə həsr olunmuş unikal fəaliyətinə” görə Azadlıq Mükafatı ilə təltif edib. Başqa sözlə, Topalyanın “erməni işinin irəliləyişinə” verdiyi töhfənin “unikallığı” qanlı terror aktlarının təşkili idi.

Qeyd edək ki, Ağ Ev administrasiyası və ABŞ Konqresi onilliklər ərzində terrorçuluğun maliyyələşdirilməsi və təşviqi sahəsində fəaliyyəti jurnalistlərin və ekspertlərin araşdırmaları sayəsində geniş ictimaiyyətə məlum olan Amerika Erməni Milli Komitəsinin üzvləri ilə şəxsi münasibətlərdə olub. Lakin ABŞ hakimiyyəti hələ də aşkar siqnallara cavab verməməyə üstünlük verir və özünü elə aparırı ki, guya bunun milli təhlükəsizlik məsələlərinə aidiyyəti yoxdur.(AYNA)

Asif Aydınlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam