Konqonun ədliyyə naziri Konstant Mutambanın bədənində zəhər aşkarlanıb.
Yenixeber.org: Bu barədə “Actualite” portalı məmurun yaxınlarına istinadən məlumat yayıb.
“Nəticələr şənbə günü gəlib. Test müsbət çıxıb. Nazir özünə qulluq etmək üçün ciddi tədbirlər görmək niyyətindədir”, - məlumatde deyilir.
Qeyd olunur ki, siyasətçinin ofisində müxtəlif yerlərə səpələnmiş ağ toz və şübhəli maye aşkar edilib.