Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı-FOTOLAR

 

Ən sərfəli mobil operator mövqeyini qoruyan “Nar” sosial layihələrə də dəstəyini davam etdirir. Belə ki, “Nar” 2023-2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən ilk on abituriyenti xüsusi hədiyyələrlə təltif edib. Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən bu layihə çərçivəsində tələbə adını qazananlara operatordan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib.

Yenixeber.org: Mükafatlandırma mərasimində tanınmış dövlət, ictimai-siyasi xadimlər və media nümayəndələri iştirak edərək, ilin ən uğurlu abituriyentlərini təbrik ediblər. “Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Departamentinin direktoru Hökümə Kərimova da çıxış edərək gəncləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıb və qeyd edib: “Təhsilə yönəlik layihələrə dəstək olmaq, “Nar” üçün yalnız bir sosial məsuliyyət deyil, eyni zamanda ölkəmizin uğurlu gələcəyinin qurulmasına töhfə vermək deməkdir. Sizin inkişafınız ölkəmizin gələcək uğurlarının təməlini təşkil edir və biz bu yolda sizə dəstək olmağa davam edəcəyik”.

“Nar”ın artıq səkkiz ildir ki, ənənəvi olaraq, davam etdirdiyi bu təşəbbüs mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübut edir. Operatorun həyata keçirdiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam