Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Azərbaycanda təhsil alan tələbə qızların sayı açıqlanıb

 

Azərbaycanda təhsil alan tələbələrin 51.2 faizi qızlardır.

Yenixeber.org xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov Laçında ECO Qadınlar Forumu çərçivəsində keçirilən "İqlimə dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların Rolu" adlı panel sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, təhsilli qadın təhsilli ailə, təhsilli ailə isə təhsilli cəmiyyət deməkdir:

"Fond gənc qızların təhsilinə dəstək üçün 1.2 milyon manat vəsait ayırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən bu layihə sayəsində son iki ildə 350 gənc qız təhsil alıb. Bu özəl və dövlət sektorlarının birgə fəaliyyətinin nəticəsidir. Azərbaycanda 1.6 milyon şagird var və onların 62 faizi qızlardır. Peşə təhsilində qızların iştirakı isə 36 faizdir. Elm və Təhsil Nazirliyi bunu 40 faizə çatdırmağı hədəfləyir".

Fondun sədri də xatırladıb ki, qadınların təhsilə cəlb edilməsində əsas məsələ maliyyə problemidir:

"Yəni, ailələr maliyyə imkanlarını daha çox oğlan övladlarının təhsilinə yönəldir. Bu səbəbdən də Azərbaycanda Təhsil Kredit Fondu yaradılıb. Azərbaycanda 26 mindən artıq qız təhsil kreditindən istifadə edib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam