Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Dövlətə 24 milyon vergi borcu olan qurum 705 min manatlıq satınalma həyata keçirib

Xəbər verdiyimiz kimi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin vergi orqanlarına olan borcu 24.687.630,7 manat təşkil edir.

Yenixeber.org: Bununla yanaşı, qurum yağ və sürtkü materiallarının satın alınması məqsədilə "DC Group" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Müqavilə 705.000 manat məbləğindədir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıq məlumat bazasına əsasən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ vergi borcu olan dövlət qurumları sırasında yer alır.

Müqavilə bağlanmış "DC Group" MMC-nin qanuni təmsilçisi Oleq Fərzəliyev Təvəkgül oğlu, nizamnamə kapitalı isə 10 manat olaraq qeyd olunub.

Qeyd edək ki, Satınalmalar haqqında Qanuna əsasən, tenderdə iştirak edən təşkilatların vergi və sosial öhdəliklərinin olmaması tələb olunur. Lakin tenderi elan edən qurumun vergi borcu ilə bağlı qanunvericilikdə birbaşa məhdudiyyət nəzərdə tutulmayıb.

Xatırladaq  ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam