Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

İrəvan–Moskva münasibətləri də kəskinləşir –“Qardaşlıqdan” açıq qarşıdurmaya

Lavrov və Mirzoyan arasında söz dueli seçkilər yaxınlaşdıqca daha da şiddətlənə bilər

“Ermənistan rəhbərliyinin Avrasiya qonşuları və müttəfiqlərindən üz çevirməsi erməni xalqının xeyrinə olmayacaq”.

Yenixeber.org: Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Biz Ermənistan hakimiyyətinə heç bir təzyiq göstərmirik. Bu məsələlərdə aydınlıq olmasını gözləyəcəyik. Amma hamımız anlayırıq ki, əgər Ermənistan öz müttəfiqlərindən, yaxın tərəfdaşlarından, qonşularından üz çevirsə, bu, erməni xalqının maraqlarına uyğun olmaz”, – Lavrov İrəvanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməli olacağı və KTMT-dəki mövqeyini müəyyənləşdirməsi barədə açıqlamalarını şərh edərkən bildirib.

news content

Bununla kifayətlənməyən Lavrov əlavə edib ki, ölkənin hazırkı hakimiyyəti tərəfindən Ermənistan Apostol Kilsəsinə edilən hücumlar Moskvanı narahat edir.

“Aydındır ki, bu, qonşularımızın daxili işidir. Amma minillik tarixi olan kanonik Ermənistan Apostol Kilsəsinə edilən hücumlar bizdə ciddi narahatlıq doğurur”, – Lavrov vurğulayıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Lavrovun bu şərhlərinə dərhal cavab verib və həmkarını Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb.

Mirzoyan bu barədə İrəvanda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Bəs bu siqnallar nə deməkdir? Mirzoyanın KTMT Xarici İşlər Nazirlərinin toplantısına qatılmaması Moskvanı bu qədər qəzəbləndirib? Axı, Lavrovun bu iki açıqlaması Kremlin Ermənistanın daxili işlərinə qarışmaq cəhdinin açıq göstəricisidir. Çünki bunu sıravi ekspert yox, məhz dövlət adından danışan yüksək vəzifəli rəsmi bildirir.

Rusiya və Şərqi Avropa ölkələri üzrə ekspert, “Azadlıq Radiosu”nun jurnalisti Vadin Dubnov (Praqa) mövzu ilə bağlı fikirlərini pressklub.az-la bölüşüb.

“Bəli, Moskva bu məsələdə rəsmi səviyyədə bir qədər pauza saxladı, amma nəhayət Lavrov da işə qarışdı. Məncə, burada xüsusi sensasiya yoxdur – Lavrov məhz danışmalı olduğu sözləri dedi. Çünki bu açıqlama Moskvanın bu məsələyə hansı mövqedən yanaşdığını, Ermənistan daxilindəki qarşıdurmalarda hansı tərəfə simpatiya duyduğunu və Kremlə “qardaş xalq” rolunda müdaxilə imkanı yaratmaq cəhdini göstərdi.
Amma hesab edirəm ki, bu sözlərin arxasında real ciddi addımlar yoxdur. Çünki Moskva sadəcə baş verənləri maraqla izləyir, amma ondan artıq nəsə etmək iqtidarında deyil. Çünki Rusiyanın Ermənistanda tam öz istədiyi siyasəti yeridə biləcək fiqur yetişdirib hakimiyyətə gətirmək imkanı yoxdur.

Birincisi, məsələnSamvel Karapetyan – onun Ermənistanın Bdzina İvanişvilisi olmaq kimi özünün belə bu ambisiyasının olub-olmadığı şübhəlidir. İkincisi, Rusiyanın birinci posta öz siyasətçilərini gətirmək imkanları dramatikləşdirilib və şişirdilib. Ümumilikdə, Moskvanın, bəlkə Abxaziya və ya Cənubi Osetiya istisna olmaqla, Cənubi Qafqazda istədiyi siyasəti qəti şəkildə həyata keçirə biləcək fiquru hakimiyyətə gətirmək imkanları çoxdan itib. 

Çünki Ermənistan rəhbərliyində kimin olmasından asılı olmayaraq, bu şəxs bəlkə Paşinyan qədər qeyri-adi və ekstravaqant olmasa da, Ermənistanda “komplementarizm” deyilən balanslı siyasəti davam etdirəcək”– analitik hesab edir.

Dubnov qeyd edib ki, məsələ yalnız formadadır. “Bəlkə də Paşinyan Moskva üçün müəyyən mənada əlverişlidir. Çünki zəif və asan təzyiq edilə bilən Paşinyan, bütün qeyri-adiliyinə baxmayaraq, kifayət qədər proqnozlaşdırılan siyasətçidir. O, Moskva üçün tamamilə gözlənilməz sürpriz ola biləcək yeni fiqurdan daha münasib ola bilər.

İrəvan da bu qarşılıqlı ittiham və açıqlamaları Ararat Mirzoyanın dili ilə cavablandırmaqla öz mövqeyini nümayiş etdirdi. Çünki hazırda Ermənistanda anti-Rusiya mövsümüdür. Paşinyan görünür ki, bu dəfə seçkiqabağı kampaniyada açıq anti-Moskva xəttini seçib. Halbuki, əvvəlki dövrdə aydın görünən Moskvapərəst trend mövcud idi.

Ona görə də nə Lavrovun çıxışını, nə də Kallasın səfərini hansısa ciddi strateji dönüm nöqtəsi kimi qiymətləndirmək lazım deyil. Daha çox seçkilərə yaxın bu siyasətin müxtəlif tərəflərə hərəkətini görəcəyik”, - Dubnov yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam