Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səttar Möhbalıyev: “Bakı Enerji Həftəsinə beynəlxalq maraq ildən-ilə yüksəlir”

 

“Bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, dünyanın enerji siyasətinin mərkəzində duran ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın enerji strategiyası elə mükəmməl hazırlanıb və həyata keçirilir ki, onun uğurları regionu, eləcə də dünyanı əhatə etməkdədir. Əgər bir zamanlar biz bu sahədə hansısa dövlətlərdən asılı idiksə, bu gün isə bunun tam əksidir: artıq uzun illərdir Azərbaycan özü tərəfdaşlarına enerji ixrac edir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyev cənablarının uğurla davam etdirdiyi enerji siyasəti iqtisadiyyatımızı gücləndirməklə, vətəndaşlarımızın rifahını dəfələrlə yüksəltməklə yanaşı, həm də böyük siyasi və strateji anlam daşıyaraq müstəqilliyimizi möhkəmləndirib, ölkəmizə böyük nüfuz gətirib, həmçinin beynəlxalq mövqelərinə müsbət təsir edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Cənub qaz  dəhlizi” kimi enerji layihələri Azərbaycanı regionun, o cümlədən Avropanın enerji təminatında açar rolunu oynayan dövlətlərdən birinə çevirib. Bu, beynəlxalq aləmdə ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Bildiyimiz kimi, ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6,  trilyon, proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetrdir. Bu da imkan verir ki, Azərbaycan hələ uzun illər etibarlı enerji təchizatçısı kimi yoluna davam etsin”.

Yenixeber.org: Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji siyasətinin, bu sahə üzrə həyata keçirdiyi layihələrin uğurlu və cəlbediciliyi, təbii ki, onun güvənli olması ilə sıx bağlıdır: “Belə ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn layihələrin tarixinə nəzər salsaq, görərik ki, ölkəmiz atdığı hər bir imzasına məsuliyyətlə yanaşıb, öhdəsinə düşən vəzifələri ləyaqətlə yerinə yetirib, sənədlərdə heç bir dəyişiklik etməyib, ixracda gecikmə də olmayıb. Bir sözlə, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan son dərəcə məmnundurlar. Odur ki, ölkəmizin bu istiqamətdə atdığı yeni-yeni addımlar, təşəbbüslər böyük dəstək qazanır, ona qoşulmaq istəyənlərin sayı isə durmadan artır”.

“Azərbaycanın enerji siyasətinin mühüm tərkib hissəsindən biri də hər il keçirilən Bakı Enerji Həftəsidir. Bu platforma şərait yaradır ki, dünyada enerji sənayesi ilə məşğul olan təşkilatlar, onların lider və nümayəndələri bir araya gəlsin, enerji təhlükəsizliyi, enerji istehsalı və digər vacib məsələləri müzakirə etsinlər. Uzun illərin təcrübəsi göstərir ki, Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlar, təcrübə mübadilələri, gələcək perspektivlərin müəyyən edilməsi baxımdan olduqca faydalıdır. Hər il olduğu kimi, bu dəfə də tədbirə maraq yüksəkdir -  37 ölkədən 300-dək şirkət burada cəm olub. Eləcə də dövlətimizin başçısı cənab İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak etməsi, mövzu üzrə dəyərli fikirlərini bölüşməsi, qiymətli tövsiyələri tədbirin əhəmiyyətini artırmaqla yanaşı, yüksək statusunu da göstərir”, - AHİK sədri qeyd edib.

“Bakı Enerji Həftəsinin önəmli tərəfi həm də "yaşıl enerji" sahəsinin inkişafına, təcrübələrin bölüşməsinə, bunun zəruriliyinin təbliğinə geniş yer verməsidir. Təmiz ətraf mühit və “yaşıl enerji” növlərinin yaradılması Azərbaycanda prioritet kimi müəyyən olunub və bu istiqamətdə qısa müddət ərzində görülən işlər də göz qabağındadır. Bildiyimiz kimi, iqlim dəyişikliyi ağır fəsadlara yol açıb və qlobal xarakter daşıyır. Bütün dövlətlərin həssas yanaşmalı olduğu bu məsələdə Azərbaycan etibarlı və məsuliyyətli davranır. Belə ki, 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılmasını ölkəmiz qarşısına hədəf olaraq qoyub. Çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizin bərpaolunan enerji üzrə gördüyü işlər barədə iştirakçılara məlumat verdi. Hesablamalara görə, ölkəmizin bərpaolunan enerji gücü 27 000 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Təbii ki, bu, yüksək potensialdır və imkan verir ki, Azərbaycan bu istiqamətdə gördüyü işləri daha da genişləndirsin. Yeri gəlmişkən, tədbir çərçivəsində Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tərəfindən Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bu istiqamətdə görülən işlərin bilavasitə davamıdır”, - Milli Məclisin deputatı vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam