Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Komitənin dayandırdığı söküntü davam edir -FOTO

Binəqədi rayon, Əhməd Rəcəbli küçəsində, “Elit” Ticarət Mərkəzi ilə üzbəüz ərazidə bir müddət öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən nəzarətə götürülən və dayandırılan söküntü işləri davam edir.

Yenixeber.org: Ərazidə yenidən texnika cəmlənib və prosesin davam etdiyi görünür.

Ərazidə fəaliyyət göstərən fəhlələrin iddiasına görə, problem həll olunub, sənəd təsdiqlənib, ona görə də fəaliyyətlərini bərpa ediblər.

Redaksiyanın təkrar sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonu, Əhməd Rəcəbli 156 ünvanına 7 may 2024-cü il tarixində şəhərsalma nəzarəti qaydasında yenidən baxış keçirilib:

“Monitorinq nəticəsində sözügedən ünvanda abadlıq işlərinin aparıldığı müəyyən olunub”.

Qeyd edək ki, ərazidə tikinti materiallarının satıldığı obyektlər tam sökülüb, yalnız Əhməd Rəcəbli küçəsi və Ziya Bünyadov prospektləri istiqamətində hasarlar qalıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə 3 may 2024-cü il tarixində şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində təxminən 2 hektar ərazidə qanunsuz olaraq söküntü işlərinin aparılması faktının aşkarlandığı haqda məlumat verərək, işlərin dayandırıldığını açıqlamışdı.(Axar)




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam