Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Oktyabr ayında Azərbaycan əhalisinin ən narazı qaldığı məmur bilindi- ANALİZ

 

Want create site? Find Free WordPress Themes and plugins.

 

 

 

 

 

Azərbaycan mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin oktyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Yenixeber.org: Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi dövlət komitələri ilə bağlı oktyabr ayı üzrə məlumatları təqdim edir:

2017-ci ilin oktyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 7216 xəbər yerləşdirilib. Bunlardan 569-u müsbət, 17-si mənfi və 6630-u isə neytral xəbərlərdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (486 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (66 xəbər – Dövlət Komitəsi onları ifşa etdi-Qeyri-qanuni dini ayinlər icra edən şəxslər aşkarlanıb) və Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (17 xəbər – iki məhsul standartlara cavab verməyib) aiddir.

Mənfi xəbərlər arasında isə Əmlak Məsələləri Dövlət Komitəsi (13 xəbər – Kərəm Həsənovun xəyanət və imperatorluq tarixçəsi) liderdir.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 2063 xəbər
2 Dövlət Statistika Komitəsi 1461 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1099 xəbər
4 Əmlak Məsələləri Dövlət Komitəsi 866 xəbər
5 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 546 xəbər
6 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 544 xəbər
7 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 404 xəbər
8 Diasporla İş üzrə Dövlət Komitəsi 150 xəbər
9 Şəhərsalma və Arxitektura Komitəsi 70 xəbər
10 Torpaq və Xəritəçəkmə Komitəsi 12 xəbər

 

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1179 xəbər dərc edilib. Bu xəbərlərdən 1127-si neytral,  5-i mənfi, 47-si isə müsbətdir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (36 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alması) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (11 xəbər – qanuna zidd qaydada dini ayinlərin icrası aşkar edilib) məxsusdur. Mənfi xəbərlər isə Əmlak Məsələləri Dövlət Komitəsinə (5 xəbər – müğənni dövlət komitəsini məhkəməyə verib) aiddir.

Xəbər sayına görə sıralama:

1 Dövlət Gömrük Komitəsi 258 xəbər
2 Dövlət Statistika Komitəsi 225 xəbər
3 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 203 xəbər
4 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 138 xəbər
5 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 124 xəbər
6 Əmlak Məsələləri Dövlət Komitəsi 118 xəbər
7 Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 71 xəbər
8 Diasporla İş üzrə Dövlət Komitəsi 31 xəbər
9 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 10 xəbər
10 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 2 xəbər

Oktyabr ayında televiziya kanallarında komitələr haqqında 614 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 DGK Dövlət Gömrük Komitəsi 199 xəbər
2 DQİDK Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dini Komitə) 109 xəbər
3 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 98 xəbər
4 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 89 xəbər
5 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 64 xəbər
6 Əmlak Məsələləri Dövlət Komitəsi 44 xəbər
7 SMPDK Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 11 xəbər

Media Təqib Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam