Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hacı Salayev Sumqayıtda böyük coşqu ilə qarşılandı

 

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Azərbaycan Respublikasl Milli Məclisinə namizəd, hal-hazırda millət vəkili Hacı Hacı-Baba oğlu Salayevin seçicilərlə görüşləri davam edir.

"Xeberinfo.com":   Növbəti görüş  26 oktyabrda Sumqayıt  şəhərində Kotec və 7,8,9-cu məhəllələrdə baş tutdu.  Görüşdə  ağsaqqallar,Qarabağ müharibəsi veteranları şəhid ailələri,Çernobıl veteranları, respublikamızı beynəlxalq turnirlərdə ləyaqətlə təmsil edən  Sumqayıt idmançıları ,ziyalılar iştirak edirdilər.

   Tədbiri giriş sözü ilə namizədin vəkili Azad Eyvazov açdı.Növbə ilə çıxış edən tədbir iştirakçıları əsil-nəcabətli ailənin nümayəndəsi olan Hacı Salayevin bu şəhər üçün doğma olduğunu xüsusən vurğuladılar.Onun gələcəkdə bir millət vəkili kimi doğma şəhərinə çox faydalar verəcəyini söylədilər. Tədbir maraqlı nüanslarla yadda qaldı. Belə kı, Sumqayıtda görüş olacağını eşidən Hacı müəllimin köhnə seçiciləri büraya axın etdilər.Saray qəsəbə sakini Anar Əmrahov,Digah qəsəbəsindən Ələkbər müəllim,Ceyranbatan qəsəbəsindəm Maarif Sultanov,Leyla Qasımova və başqaları Hacı müəllim haqqında minnətdarlıqla danışdılar.Ondan millət vəkili kimi razılıqlarını bildirdilər.

   18-mikrorayon sakini Allahverən Şərifov çıxışında mikrorayonun ən böyük promlemi olan su  probleminin Hacı müəllimə  ilk müraciətdə tamamilə  həll olunduğunu bildirdi. Həmçinin  onun sakinlərin  bütün ağrı- acılarına həssasıqla yanaşdığını,onların dərdinə hər zaman şərik olduğunu söylədi. Yaddaşına əbədi həkk olunmuş bir hadisəni xatırladı. Belə ki,Qarabağda şəhid olan bir əsgərin ağır xəbərini eşidən Hacı müəllimin həmin an mərasimə yetişdiyini ,şəhidin valideynlərinin dərdlərinə şərik olaraq,hər tərəfli maddi və mənəvi dəstək olduğunu söylədi.

  Corat 7 saylı tam orta məktəbin direktoru Təranə Haqverdiyevanın çıxışı sürəkli alqışa səbəb oldu. O, Haçı müəllimin təhsilə qayğı və diqqətİndən minnətdarlıqla danışdı. Məktəbə 46 dəst hərbi hazırlıq forması bəxş etdiyini, məktəbin binasının  və istilik sistemini təmir etdirdiyini,məktəbdə dəfələrlə ümumi bəlamız olan narkomaniya ilə mübarizə müvzusunda görüşlər keçirdiyini söylədi.

   Növbəti çıxışlar, Nübar Qasımova və Xatirə Əliyevanın çıxışları da maraqla dinlənildı.

  Sumqayıt Veteranlar Şurasının sədri Leyla xanım çıxışında Hacı müəllim kimi şəxsiyyətin dünyaya çox nadir hallarda gəldiyini qürurla vurğuladı.Bildirdi ki,köməksizə hər zaman arxa-dayaq durmaq, kinsəsizə əl tutmaq,mərhəmət xeyirxahlıq   onun amalıdır.Əməllərini də bu amal üstündə qurub.

 Ağsaqqalardan Hacı Rüstəm, Əlfüqar dayı Hacı müəllimin valideynlərindən bəhs etdilər.Elə ləyaqətli, nəcib ailədən belə övladın çıxmasının labüd bir hal olduğunu bildirdilər.

    Çernobıl əlili Əhməd Əhmədov özünün və ailəsinin bütün maddi təminatının Hacı müəllim tərəfindən ödənildiyini söylədi.

     Ceyranban sakini Reyhan xanım çıxışı xüsusi ilə diqqəti çəkdi.O,Hacı müəllimin timsalında təkcə bir milət vəkili deyil, bir dost, bir qardaş,bir arxa-dayaq seçəcəklərini dedi.

  Tədbirdə ,həmçinin Sumqayıt Gənclər Təşkilatından Rüstəm Məmmdov,Corat qəsəbəsindən İsmayıl Tağıyev Hacı müəllimin gənclərə qayğı və diqqətindən , neçə-neçə gəncin işlə təmin olunmasindan danışdılar və Hacı müəllimin bir fikrini səsləndirdilər” Millətindən ,dilindən,dinindən  irqi mənsubiyyətindən asılı olmayaraq , ermənidən başqa  hər bir kəsin işlə təmin etməyə hazıram.”

    Sonda səlahiyyətli nümayəndə Azad Eyvazov yekun söz üçün Hacı Salayevə söz verdi.Hacı müəllim Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı  Cənab prezidentimiz İlham Əliyevi hər zaman dəstəklədiyini,dövlətimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmlənməsi üçün hər zaman hazır olduğunu  söylədi və”Sizlərdən biri, sizin üçün! Hər zaman mənə göstərdiyiniz böyük etimadı doğruidacağam” deyərək tədbirə yekun vurdu.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam