Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Alı Alıyev bayram münasibətilə məcburi köçkünlərlə görüşdü - FOTOLAR

 

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Horadiz şəhərində, o cümlədən Bakı və Sumqayıtda məskunlaşmış rayondan olan məcburi köçkünlərlə görüş keçirmişdir.

Xeberinfo.com:   Bakıda keçirilən görüşdə Milli Məclis Sədrinin müavini, millət vəkili Bahar Muradova iştirak etmişdir. Bakı şəhərində keçirilən görüşdə Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış rayondan olan şəhid ailələri, Qarabağ müharibəsi veteranları, imtiyazlı ailələr və ziyalılar iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış etmiş, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə rayon sakinlərini təbrik etmiş, bol ruzi-bərəkət və əmin-amanlıq arzulamışdır.

Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışan Alı Alıyev Həmrəylik Gününün əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd etmişdir. 

Alı Alıyev bildirmişdir ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda, Şuşada, Füzulidə dalğalanmasıdır. Alı Alıyev demişdir: - “Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

Milli Məclis Sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova rayon sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni təqvim ili münasibəti ilə təbrik etmişdir. B.Muradova 2015-ci ilin respublikamız və Füzuli rayonu üçün uğurlarla, əlamətdar hadisələrlə yadda qaldığını, 2016-ci ildə də bu uğurların davam edəcəyinə inandığını vurğulayıb.   

Görüşdə rayon sakinlərinin müraciət və təklifləri dinlənilmiş, məcburi köçkünlər tərəfindən qaldırılan məslələrə baxılaraq yerindəcə həll edilmiş,  digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülüb aiddiyati üzrə göndərilmişdir.

Bakı və Sumqayıtda məskunlaşan məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığı bildirmiş, ən böyük arzularının isə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması olduğunu qeyd etmişlər.

Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Horadiz şəhərində keçirilən bayram şənliyində Milli Qəhrəman anası Xurşud Babayeva, şəhid anası Rəfiqə Novruzova, Qarabağ müharibəsi veteranı, I qrup əlil Məmməd Tağıyev çıxış edərək respublikada və Füzuli rayonunda şəhid ailələrinə Qarabağ müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və xanımına minnətdarlıqlarını bildirmişlər.

Sonra bayram süfrəsi açılmış, rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı olmuşdur.

 

 



















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam