Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Seçicilərindən Hacı Salayevə böyük dəstək var

 

       

         44-dən onun qalib olacağını indidən də demək olar

 

   “Xeberinfo.com”:  Kimin qalib olacağının indidən məlum olduğu dairələrdən biri də 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsidir. Öncədən qeyd edim ki, bu dairənin digərlərindən başlıca fərqli cəhəti seçici fəallığı ilə bağlıdır. Seçicilərin bir qismi ölkənin böyük siyasi aktiv şəhərlərindən birinin, bir qismi isə Xızı dağlarının saf insanlarıdır. Bu insanların etimadını qazanmaq şərəfli olduğu qədər çətin, çətin olduğu qədər də, məsuliyyətlidir.

      Əldə etdiyimiz məlumatlar və apardığımız müşahidələrdən 44 saylı Sumqayıt-Xızı seçki dairəsinin seçicilərinin Hacı Salayevə stavka etdikləri aydın olur. Bu dairədən 7 namizəd qeydə alınsa da, cənab Salayevin qalib olacağını indidən demək mümkündür. Ona olan seçici rəğbəti ardıcıl apardığı görüşlərin kütləviliyindən və coşqusundan da görünür.

     Millət vəkilliyinə namizədin sonuncu görüşü sumqayıtlı seçiciləri ilə oldu. Bu görüş də əvvəlkiləri kimi, seçici fəallığı və dialoq şəklində baş tutdu. Seçiciləri Hacı Salayevi əzizləri kimi qarşılayıb, doğmaları kimi söhbətləşirdi: ağsaqqalları, gəncləri və uşaqları ilə birgə. Qaşılaşdıqları sosial problemləri və bu problemlərin həllindən danışırdılar. Zatən bu problemlər, bu qayğılar Hacı Salayev üçün yeni deyil: ötən beş ildə də günlərini bu qayğılarla yaşayan seçiciləri ilə keçirib. (Xatırladım 44 sayl seçki dairəsində ərazi dəyişikliyi olub. Bu səbəbdən də seçicilərin tərkibində də dəyişiklik olub.)

     Sumqayıtlılar Hacı Salayev üçün, Hacı Salayev sumqayıtlılar üçün doğmadır. Millət vəkilliyinə namizəd bu şəhərdə dünyaya göz açıb, bu şəhər də, bu şəhərin insanları da, qayğıları da onun üçün doğmadır. O həmişə doğmaları ilə bir olub, onların qayğılarını bölüşüb. Elə ona olan etimad, dəstək də bu səbəblərdəndir...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xalid 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam