Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ankaradan Bakıya növbəti Qarabağ dəstəyi -Foto



Millət vəkili Qənirə Paşayeva Efelər bələdiyyə başqanı Məsud Özakcanla görüşüb


Yenixeber.org:  Görüşdə Dağlıq Qarabağ məsələsi və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində geniş müzakirələr aparılıb.
Bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib:
“Ankara Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı haqlı davasında hər zaman Bakını dəstəkləyəcək”.
Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşması məsələsinə də toxunub.
Məsud Özakcan rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəyini və qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.
Millət vəkili həmçinin Efelər Türk Ocaqları, bölgə aydınları, QHT və KİV rəhbərləri ilə də görüşüb. O, Azərbaycan, Türkiyə və türk dünyası həqiqətlərinin dünyada daha geniş yayılması istiqamətində QHT və KİV-lərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.
Deputat bu istiqamətdə konkret təkliflərlə çıxış edib və onları Azərbaycana dəvət edib.
Q.Paşayeva səfər əsnasında Efelərdə şəhid ailələri və qaziləri də ziyarət edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam