Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Azərbaycan-Konqo sənədləri imzalanıb

 

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.

Yenixeber.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nı imzalayıblar.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Konqo Respublikasının ətraf mühit, dayanıqlı inkişaf və Konqo hövzəsi naziri xanım Arlette Soudan Nonault “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nu imzalayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam