Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Bir ailəni məhv etmək istəmişdi - Psixiatrik xəstəxanaya göndərildi

 

Ötən ilin fevral ayında Şəmkirdə qonşuluqda yaşayan şəxsin evinə daxil olaraq 3 nəfəri bıçaqlayan 1990-cı il təvəllüdlü Fuad Məmmədovun məhkəməsi başa çatıb.

Yenixeber.org xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində fevralın 1-də keçirilən prosesdə qəsdən adam öldürməyə cəhddə və mənzil toxunulmazlığını pozmada ittiham edilən F.Məmmədovun cinayəti törədərkən anlaqsız olması bildirilib. Əvvəllər dəfələrlə psixiatrik xəstəxanada müalicə olunan şəxs cinayət məsuliyyətindən azad edilib.

Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci maddələri üzrə təqsirli bilinən gəncin paranoid şizofreniya diaqnozu ilə ixtisaslaşmış psixiatrik xəstəxanada məcburi müalicəyə göndərilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, hadisə 2023-cü ilin fevralın 24-ü gecə saat 01 radələrində qeydə alınıb. Belə ki, Fuad gecə qonşunun evinə qanunsuz daxil olaraq 1968-ci il təvəllüdlü Natiq Abbasov, onun 1972-ci il təvəllüdlü həyat yoldaşı Sevda Abbasova və nəvələri olan 2014-cü il təvəllüdlü qızı bıçaqlayıb. Çoxsaylı xəsarətlər alan şəxslər xəstəxanaya çatdırılıb.

Hadisə Abbasovlar ailəsi yatdığı zaman baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam