Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

MTN generallarının paqonları soyulacaq

 

Milli təhlükəsizlik naziri vəzifəsindən azad edilən general-polkovnik Eldar Mahmudov, müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər generalların rütbələrindən məhrum olunacaqları gözlənilir.

"Xeberinfo.com":   “Qafqazinfo” xəbər verir ki, sözügedən şəxslərə verilən ali rütbələr iki qayda da geri alına bilər.

Birinci qayda məhkəmə qərarı ilə qanuni cəza qüvvəyə minəndən sonra ola bilər. Cinayət Məcəlləsinin 48-ci maddəsində qeyd olunur ki, məhkəmə qərarı ilə cəzalandırdıqdan sonra şəxs rütbədən və dövlət təltiflərindən məhrum edilə bilər.

Maddə 48. Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə

Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir.

İkinci isə prezidentin səlahiyyəti daxilindədir və dövlət başçısı istənilən zaman həmin şəxsləri ali rütbələrindən məhrum edə bilər.

Hazırda görünən odur ki, Eldar Mahmudov başda olmaqla adıçəkilən generalların paqonları soyulacaq. Belə ki, qeyri-rəsmi məlumatlara görə, artıq MTN olayı ilə bağlı açılan cinayət işində sözügedən şəxslər qanunsuz tələbetmədə, quldurluqda, soyğunçuluqda, iş adamlarına qarşı cinayətlərdə, antidövlət fəaliyyətdə ittiham edilirlər. Onların bir qrupu həbs edilib, nazir başda olmaqla Hilal Əsədov və Akif Çovdarov kimi generallar isə vəzifələrindən azad olunmaqla nəzarətə götürülüblər.

Məlumatlara görə, hazırda MTN generalları tərəfindən incidilən iş adamlarının ərizələri alınır, açılan cinayət işinə əlavə edilir.

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, məsələ ilə birbaşa prezident İlham Əliyev şəxsən məşğuldur. MTN hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının nəzarətindədir. Proseslə bağlı yaxın saatlarda rəsmi məlumatın açıqlanacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam