Qonşu ölkədə Mi-8 helikopteri radardan itdi
Kareliyada Oneqa gölü üzərində Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri ilə əlaqə itib.
Yenixeber.org: Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Oneqa gölünün suları üzərində təlim uçuşu zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Mi-8 helikopteri Kareliya Respublikasının Prionejski rayonu Derevyannoye kəndi ərazisində əlaqəni dayandırıb”, - nazirlikdən bildirilib.
Helikopterdə üç ekipaj üzvü var. Axtarış-xilasetmə əməliyyatları təşkil olunub.