İsrail Hizbullahı vurdu
İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah mövqelərinə silsilə zərbələr endirib.
Yenixeber.org: Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu əməliyyat Livandan İsrailin şimalına hücumlara cavab olaraq həyata keçirilib.
ÇAXAL qırıcıları Hizbullahın buraxılış qurğusuna, həmçinin Blida və Meys əl-Cəbəldə müşahidə məntəqələrinə zərbələr endirib.
Bundan əlavə, İsrail tankları Blidada Hizbullah hücrələrini də atəşə tutub.