Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Türkiyənin İdlibdəki uğurları İsraili xeyli ruhlandırıb:Hizbullah gözlənildiyindən zəif imiş

 
 

 İsrail hərbi kəşfiyyat mütəxəssisləri Livan Hizbullahının Suriyada Türk ordusu qarşısındakı məğlubiyyətini araşdırıb və bəzi mühüm nəticələr çıxarıb.
Yenixeber.org: İsrailin ünlü qəzetlərindən olan “Jerusalem Post” bu iddianı irəli sürüb.
Qəzetin yazdığına görə,  Türkiyənin bir neçə ay əvvəl İdlibdə Bəşər Əsəd müttəfiqlərinə qarşı apardığı döyüşlərdə  Livan Hizbullahının konvansional ordu qarşısında müqavimət göstərə bilmədiyi məlum olub.


 
İddia edilir ki, Türk ordusu ilə Hizbullahın İsrailə diversiya əməliiyatları üçün qurulan “Rizvan” hərbi birləşməsi arasında gedən döyüşlər Təl-əviv tərəfindən də diqqətlə izlənilib. Hizbullahın ən seçmə hərbi birləşməsi olan  və İsrailin ən çox ehtiyat etdiyi “Rizvan” əsgərləri bu döyüşlərdə gözlənilməz məğlubiyyətlə üzləşiblər.
 
Türkiyənin İdlibdə keçirdiyi əməliyyat sırasında aralarında bir çox peşəkar “Rizvan” silahlılarının da yer aldığı Hizbullah  əvvəlki illərdə görünməmiş nisbətdə ağır itki verdi”,-xəbərdə belə deyilir. 


 
Xəbərdə həmçinin vurğulanır ki, rəsmi Təl-əviv yaxın gələcəkdə Hizbullahın İsraillə hər hansı savaşa girmək planının olmadığına inanır. Bununla belə, ABŞ İrana qarşı hücumlara başlayacağı təqdirdə Hizbullahın da ikinci cəbhənı İsrailə qarşı açmaq ehtimalı da istisna edilmir.
Xəbərdən də anlaşıldığı kimi, güclü dövlətlər Suriyada aparılan döyüşlərə əslində böyük müharibəyə hazırlıq mərhələsi kimi baxır və bir-birinin qüvvələrini sınayırlar. Nəzərə alsaq ki, İranın ABŞ-a qarşı ən təsirli silahı hər hansı hücuma məruz qalacağı təqdirdədüşməninin strateji müttəfiqi sayılan İsrailə və dünya dəniz nəqliyyatının keçid qapılarına – Süveyş kanalı, Bab ül-Məndəb və Hörmüz boğazına zərbələr endirmək potensialıdır. 


 
İranın bu hədəfləri vura biləcək raket gücünün qarşısını almaq üçün İsrail və ABŞ ordusu körfəz ölkələrində ərəb sərmayələri hesabına qurduqları havadan müdafiə sistemləri ilə almağa çalışsalar da, yaxın məsafədə aparılacaq konvansional döyüşlərdə Təl-əviv ciddi sıxıntılarla üzləşə bilər. Məsələ burasındadır ki, 2006-cı ildə Livanla apardığı 30 günlük döyüş zamanı İsrail ordusu Hizbullah sürprizi ilə qarşılaşmış, heç bir torpaq sahəsini ələ keçirə bilmədən hücumlarını dayandırmalı olmuşdu. Hətta bəzi mütəxəssislər bu döyüşlərin zəfərini Hizbullahın aktivinə yazmışdılar.


Beyrut, 2006
Bu mənada ABŞ-İran münasibətlərinin olduqca gərginləşdiyi bir zamanda Hizbullahın konvansional döyüş qabiliyyətini yenidən sınaqdan çıxarmaq  İsrail üçün hava-su qədər əhəmiyyətli idi. Görünən budur ki, Türkiyənin İdlibdə Bəşər Əsəd dostlarına qarşı apardığı üzbəsurət (konvansional) döyüşləri İsrailə Hizbullahın gücünü yoxlamaq şansı qazandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam