Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Kimlərin əmək kitabçaları ləğv olunacaq? -AÇIQLAMA

 

Zamanla əmək kitabçalarından istifadəni dövriyyədən çıxarırıq.

Yenixeber.org xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin department müdiri Hacı Əliyev bildirib.

"Əmək kitabçasında biz şəxslərin iş stajı ilə bağlı tarixçəni görürdük. Həmin tarixçəni artıq biz elektron müstəviyə daşımış oluruq. Ümumiyyətlə, ölkədə əmək müqavilələrinin onlayn bağlanması 1 iyul 2014-cü ildən başlanılıb. Bu o deməkdir ki, 2014-cü ildən sonra bağlanılan bütün əmək müqavilələri elektron sistemdə mövcuddur. Bundan əvvəl bağlanılan əmək müqavilələr elektron sistemdə mövcud deyil. Bizim MS-ı tətbiq etməyimizlə artıq zamanla əmək kitabçalarından istifadəni dövriyyədən çıxaracağıq. Ümümuiyyətlə əmək kitabçasına ehtiyac olmayacaq. Onların bütün tarixçəsi MS üzərində mövcuddur".

Hacı Əliyev  artıq 2 ildir ki, bu istiqamətdə qanunvericilik layihəsinin hazırlandığını söyləyib:

"Kimlərin ki, 2014-cü ildən əvvəldə iş stajı olubsa, həmin şəxslərin stajını bilmək üçün bizim yenə də əmək kitabçasına ehtiyacımız var. Əmasın tətbiqi üçün qanunvericilik layihəsi hazırlanır. Artıq 2 ilə yaxın müddətdir ki, hökumətlə və aidiyyəti digər dövlət orqanları ilə birlikdə bu qanun layihəsini hazırlamağa başlamışıq. Əmək Məcəlləsində rəqəmsallaşdırma ilə bağlı həyata keçiriləcək uyğunlaşdırmalar hesab edirik ki, 2024-cü ilin ikinci yarısında, yaz sessiyasında artıq qüvvəyə minəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam