Rusiyanın təhsil naziri qəzaya düşdü -- FOTO
Rusiyanın təhsil naziri Sergey Kravtsov Moskvada qəzaya düşüb.
Yenixeber.org xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Kravtsovun olduğu “Aurus” avtomobili Lenin prospektində yük maşını ilə toqquşub.
Qəzadan sonra naziri BMV markalı avtomobillə ərazidən uzaqlaşdırıblar.
Kanal bildirib ki, nazir heç bir xəsarət almayıb.