Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qızılcaya yoluxan şəxslə təmasda olanlar karantinə alınır?

 

TƏBİB qızılcaya yoluxmuş şəxslə təmasda olanların karantinə alınıb-alınmaması məsələsinə aydınlıq gətirib.

Yenixeber.org xəbər verir ki, qurumdan verilən açıqlamada əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınmasının qanunla nəzərdə tutulmadığı bildirilib.

Qeyd olunub ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər:

“Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır. Xəstəlik vərəqi isə ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər".

Qeyd edək ki, sosial şəbəkədə qızılcaya yoluxan şəxslə təmasda olanların evdə karantində saxlanılmadıqlarından məktəb, uşaq bağçalarında və digər ictimai yerlərdə xəstəliyi yaymaları barədə fikirlər səsləndirilir.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam