Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Qaribaşvili baş nazir postundan -İSTEFA VERDİ

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.

Yenixeber.org xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Siyasətçinin sözlərinə görə, o, indi hakim “Gürcü arzusu” partiyasının sədri postuna namizəd olacaq. “Komanda ilə müzakirə etdiyimiz qərar barədə ictimaiyyəti məlumatlandırmaq istərdim. Bu gün mən baş nazir postunu tərk edirəm”, - deyə Qaribaşvili xüsusi brifinq zamanı bildirib .

Qeyd edək ki, bu gün mətbuatda yazılan məlumatlara görə, Gürcüstanın hökumətində və hakim partiyasında kadr dəyişikliyi gözlənilir.

Məlumata görə, Gürcüstanın baş naziri postunu “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze tutacaq.

İrakli Qaribaşvili 2021-ci il fevralın 22-dən Gürcüstan hökumətinə rəhbərlik edir. Bundan əvvəl o, 2013-2015-ci illərdə də Gürcüstanın baş naziri vəzifəsində çalışıb, həmin vaxt həm də “Gürcü Arzusu”nun sədri olub. 2019-2021-ci illərdə Qaribaşvili Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam