Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Sabirabad polisindən narkotik əməliyyatı - Saxlanılanlar var

Sabirabadda narkotik əməliyyatı - Saxlanılanlar var

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, əməliyyat tədbirləri zamanı rayon sakini Nuri Əhədov saxlanılıb. 

Onun üzərinə keçirilən baxış zamanı çəkisi 50 qrama yaxın olan marixuana, yaşadığı evdən isə 1 ədəd avtomat, 1 ədəd daraq və 11 ədəd patron aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən ilin əvvəlindən bugünə qədər olan müddət ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı isə ümumilikdə 15 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 5 kiloqrama yaxın olan müxtəlif növ narkotik vasitələr - heroin, metamfetamin və marixuana aşkarlanıb. Həmçinin, müvafiq dövr ərzində rayon ərazisində 6 oğurluq faktını törətməkdə şübhəli bilinən 3 nəfər də müəyyən edilərək istintaqa cəlb olunub.

Bundan əlavə, qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1-i yivli olmaqla 55 ədəd odlu silah da polis əməkdaşları tərəfindən təhvil götürülüb.

Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam