Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Əri Ruhanəni niyə öldürüb? - Mübahisə kababa görə başlayıb

 

Füzulidə 1987-ci il təvəllüdlü arvadı Ruhanə Qasımovanı qətlə yetirən 40 yaşlı Süleyman Qasımovun məhkəmə prosesi başa çatıb.

Yenixeber.org-un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Qasımov 10 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 24-də Füzulinin Qayıdış-5 qəsəbəsində baş verib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, hadisədən bir gün öncə evlərinə qonaq gəlib. S.Qasımov qonaqlar üçün qaz ətindən kabab bişirib. Bu zaman arvadı da qonaqlarla birlikdə masaya əyləşərək kababdan yeyib. 

Maraqlıdır ki, Ruhanənin masaya əyləşməsi Süleymanın narazılığına səbəb olub. O, həyat yoldaşına “bəs sən gördün ki, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin?” deyərək irad tutub. Onun bu sözləri Ruhanənin xətrinə dəyib. 

Hadisənin baş verdiyi gün isə evə sərxoş vəziyyətdə gələn S.Qasımov Ruhanənin əşyalarını toplayaraq evdən ayrılmaq istədiyi görüb. Qadının atası evinə getməsi Süleymanı özündən çıxarıb və bunu qəbul edə bilməyib.

Nəticədə həyat yoldaşının arxasınca qayınatasıgilə gedən ər arvadını bir bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisədən sonra S.Qasımov “102” xidmətinə zəng edərək arvadını öldürdüyünü deyib.

Qeyd edək ki, cütlüyün hazırda hərbi xidmətdə olan bir övladı var.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam