Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Razi Əliyevanı döyən biznesmenin məhkəməsində GÖZLƏNİLMƏZ İDDİA – Qərar açıqlandı +VİDEO

Model Raziyat Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin nümayəndəsinin prosesin qapalı keçirilməsi barədə verdiyi vəsatət müzakirə edilib. Vəkilin vəsatəti qismən təmin edilib və prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Bildirilib ki, şəxsi həyat və peşə fəaliyyəti ilə bağlı sirr təşkil edə bilən hissələrdə məhkəmə qapalı keçiriləcək.

Prokuror Cövdət Mehrəliyev cinayət işinin ibtidai araşdırılması zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini qeyd edərək işin məhkəmə baxışına verilməsini istəyib.

Təqsirləndirilən Ziya Hüseynzadə isə həbsinin sifarişli olmasını iddia edib və bunu sübut edən sənədləri məhkəməyə təqdim edəcəyini deyib.

Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını elan edərək məhkəmə baxışını yanvarın 22-nə təyin edib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam