Bu ölkədə zəlzələ oldu
Yunanıstanın Krit adasının sahillərində 4,8 maqnitudalı zəlzələ olub.
Yenixeber.org: Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 2,3 min insanın yaşadığı Paleoxora şəhərindən 78 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat daxil olmayıb.